Ərdoğan İlham Əliyevə zəng vurdu
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. BAKU.WS-in məlumatına görə, Ərdoğan deyib ki, o, Ankarada baş vermiş terror aktı ilə bağlı Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün fevralın 18-də Bakıya gələ bilməyəcək. Dövlətimizin başçısı Ankarada törədilmiş terror aktını qətiyyətlə pisləyib, həlak olanların ailə üzvlərinə, Prezident Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, faciə qurbanlarına Allahdan rəhmət diləyib. Prezidentlər Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının keçirilməsinin vaxtını bir qədər sonra müəyyənləşdirmək barədə razılığa gəliblər. BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev Türkiyə prezidentinə başsağlığı verdi
Azərbaycan prezidenti İlham Əliyev Ankarda baş vermiş terror aktı nəticəsində həlak olanlarla bağlı Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana başsağlığı verib....