Ərdoğan: "Putinə zəng elədim, cavab vermədi" (VİDEO)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "France 24" kanalına Rusiya ilə olan münasibətlərdən danışıb.
BAKU.WS-in məlumatına görə, Ərdoğan rus təyyarəsinin vurulmasından sonra Rusiya prezidenti Vladimir Putinə zəng edib, amma o, telefona cavab verməyib.
Ərdoğan həmçinin bildirib ki, təyyarə vurularkən hərbi təyyarənin Rusiyaya aid olduğu bəlli deyildi: "Əgər biz bilsəydik ki, bu rus təyyarəsidir bəlkə də xəbərdarlıqların növü daha fərqli ola bilərdi", - deyə Ərdoğan bildirib.
Türkiyənin sərhədləri ilə bağlı həssaslığın davam etməsində fayda var. Yəni bu cür pozuntular olmamalıdır. Prezident Ərdoğan Rusiya prezidenti Putindən 30 noyabrda Parisdə görüşmək tələb edib, amma prezidentin bu istəyinə hələ də cavab ala bilməyib.
Kremlin sözcüsü Dimitri Peskov isə mətbuata açıqlamasında Putinə Türkiyədən hər hansı zəngin gəlmədiyini söyləyib.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Ərdoğandan Putinə sərt cavab: "Ayıb olsun!" (VİDEO)
"Nə Rusiyaya, nə də başqa bir ölkəyə birbaşa hərbi müdahalemizdən söhbət gedə bilməz. Eyni hadisə bu gün də olsa, yenə həmin reaksiyanı verəcəyik". BAKU.WS-in...