Ərdoğan: "Putinlə danışmışıq, 5 rayon qaytarılmalıdır ki..."
"Türkiyə-Rusiya-Azərbaycan üçlü mexanizmini yaratmaq istəyirik. Bu mövzuyla əlaqədar xarici işlər nazirimiz Azərbaycan xarici işlər naziri ilə danışdı. Biz də cənab Putin ilə də bunu danışdıq, razı qaldıq. Məqsəd bölgədəki siyasi dəyişiklikləri yerində, yaxından təqib etməkdır".
BAKU.WS-in məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyadan qayıtdıqdan sonra jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, xüsusilə hazırda Qarabağ məsələsi gündəmdədir: "Bu mövzularda Türkiyənin içində olduğu bir Minsk Qrupu var. Bu qrup çox daha fərqli nəticələr verə bilərdi. Amma Azərbaycan xaricində yalnız 3 ölkə bu işin içərisindədir. 23-24 il oldu, amma hələ də bu münaqişə həll olunmadı və ya həll etmək istəmədilər. Təbii ki, bir işğaldan söhbət gedir. Bu işğalı hər kəs qəbul edir. Madam işğal var, bunu niyə nəticələndirmirsiniz? Amma indi bəzi yeniliklər var".
Ərdoğan bildirib ki, Putin bu işin üzərinə gedir, cənab Əliyev də mənə bunu izah etdi: "Xahişlərdə odur ki, daha əvvəl razılaşdırılmış 5 rayon qaytarılsa, zənnimcə oradakı problem yeni mərhələyə keçəcək.
BAKU.WS
Oxşar xəbərlər
Putinlə Ərdoğan arasında kritik görüş (VİDEO)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putin arasında görüş başlayıb. BAKU.WS-in məlumatına görə, görüşdə iki ölkə arasında...