Ərdoğan: "Ermənistan odla oynayır"

Ərdoğan: Ermənistan odla oynayır
Siyasət 1768

 

Rəcəb Tayyib Ərdoğan Serj Sarkisyanın Azərbaycanla danışıqların dayandırılması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

BAKU.WS məlumat verir ki,  Türkiyə prezidenti Ermənistanın odla oynadığını deyib:

"Türkiyə hər zaman obyektiv mövqedə olub. Təmas xəttində gedən atışmalarda Azərbaycan güc qazanır. Hazırda Rusiya Ermənistana dəstək verimir. Daha doğrusu açıq dəstək verə bilmir.  Çünki Azərbaycanla diplomatik əlaqələri, iqtisadi əməkdaşlığı var. Ona görə Rusiya Azərbaycan kimi tərəfdaşı itirmək istəmir". 

Ərdoğan bildirib ki, İrəvan hazırda qorxu içərisindədir:

"Ermənistan Azərbaycanın işğalda azad etdiyi əraziləri əhəmiyyətsiz mövqelər adlandırsa da bunun belə olmadığını yaxşı bilir. Azərbaycandakı münaqişə digər ölkələrdəkinə bənzəmir. Ona görə tez bir zamanda həll olunmalıdır, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində". 

Qeyd edək ki, Ərdoğan bundan əvvəl də İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII Sammitində Qarabağda baş verənlər haqda danışmışdı. 

BAKU.WS

Oxşar xəbərlər

Ərdoğandan ATƏT-in Minsk Qrupuna SƏRT SÖZLƏR

Ərdoğandan ATƏT-in Minsk Qrupuna SƏRT SÖZLƏR

Əgər ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ədalətli, qətiyyətli fəaliyyət göstərib konkret nəticələr verə...

1730 Siyasət 22:52 02 aprel 2016

Son xəbərlər