Ərdoğandan Putinə: "Biz şərəfsiz deyilik"

Ərdoğandan Putinə: Biz şərəfsiz deyilik
Siyasət 2273

 

"Hazırda Suriyada qeyri-qanuni bir dövlət var. Rusiyanın orada nə işi var. Deyirlər ki, Əsəd dəvət edib. Siz hər dəvətə razılıq verməyə məcbursunuz? 380 min insanı öldürən qatil Əsədin dəvətinə razılıq verməyə məcbursunuz? Hər cür dəstəyi verirsiniz. Dövlət terroru əsdirən belə bir insana dəstəyin verilməsi qanunidir?"

BAKU.WS-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qatıldığı bir tədbirdə söyləyib. Putinin "Türkiyə İŞİD-dən neft alır" sözlərinə cavab verən Ərdoğan sözlərinə belə davam edib: "Biz terror təşkilatından neft alacaq qədər şərəfsiz deyilik. Bunu belə də biləsiniz. Bizə bu böhtanı atanlar, bilsinlər ki müfteri sifətini sahibləniblər. Son olaraq Rusiya prezidentinin dünən axşam Fransa prezidenti Ollandala görüşündən sonra verdiyi açıqlamalar əsla qəbul edilən deyil. Türkiyə qəsdən rus hərbi təyyarəsini vurmayıb. Bu hadisə hava məkanının pozulmasına qarşı reaksiya idi". 

Ərdoğan bildirib ki, Rusiya hərbi təyyarənin vurulması məsələsini bəhanə edərək Suriyadakı hərbi əlaqələrini daha da gücləndirməyə çalışır: "Biz Rusiyanın hiyləgərliyini də yaxşı görürük. Rusiya prezidenti Vladimir Putindən hadisənin baş verdiyi gün görüş tələb etdim. Telefonla danışmaq istədim, amma o gündən bu günə qədər cavab gəlməyib. İndi Parisdə İqlim Dəyişikliyi Zirvəsi var. Zənnimcə Putin də də oraya gələcək. Parisdə bunları oturub danışa bilərik. Biz, Rusiya hərbi təyyarələrin hava məkanını necə pozduğunu əks edən radar görüntülərini, səs qeydlərini bütün dünyaya açıqladıq. Bu mövzuda Türkiyənin haqlı olduğu bütün dünya tərəfindən qəbul edilir. Rusiyanın da iddialarını bu şəkildə sübut etmək hüququ var. Əks təqdirdə Türkiyəyə qarşı ağır və haqsız ittihama görə Rusiya yalançı vəziyyətinə düşəcək".

Prezident Ərdoğan Putinin "Kim terrorizmə ikili standart tətbiq edirsinizsə odla oynayır" sözlərini xatırladıb və buna münasibət bildirib. O bildirib ki, RF prezidentinin bu sözünə sonuna qədər razıdır: "Doğrudur. Suriyada 380 min insanın ölümünə səbəb olan, dövlət terroru tətbiq edən Əsəd rejiminə dəstək olmaq odla oynamaqdır. İŞİD-lə mübarizə bəhanəsiylə müxalifləri vurmaq odla oynamaqdır. Bütün dünya tərəfindən Türkiyənin haqlı olaraq qəbul edildiyi hadisəni bəhanə edərək bizə ittihamlar irəli sürmək, məsələni vətəndaşlarımıza əziyyət verməyə qədər çatdırmaq odla oynamaqdır. Bölgədə humanitar yardım daşıyan TIR-ları məsuliyyətsiz bir şəkildə vurmaq odla oynamaqdır. Rusiyaya çox səmimi olaraq odla oynamamasını tövsiyə edirik", - deyə Ərdoğan əlavə edib. 

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Putin Ərdoğanı hədələdi: "Türkiyə odla oynayır"

Putin Ərdoğanı hədələdi: "Türkiyə odla oynayır"

Rusiya prezidenti Vladimir Putin Türkiyəyə sərt mesajlar yollayıb. BAKU.WS-in məlumatına görə, Putin bildirib ki, Türkiyə bilə-bilə Rusiyanın təyyarəsini vurub...

4143 Siyasət 10:03 27 noyabr 2015

Son xəbərlər