Qarabağ münaqişənin həlli üçün ÜÇ VARİANT

Qarabağ münaqişənin həlli üçün ÜÇ VARİANT
Siyasət 3006
 

"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ən vacib addımlardan biri erməni hərbi birləşmələrinin oradan çıxarılmasıdır. Bununla bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri də var”.

BAKU.WS Publika.az-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Strateji Araşdırmalar Mərkəzi (USAK) başqanının müavini Kamer Kasım deyib.

K. Kasım Dağlıq Qarabağ münaqişəsinin həlli üçün üç variant irəli sürür.

Onun sözlərinə görə, birinci variant münaqişənin həlli ilə bağlı mövcud olan formatın dəyişdirilməsidir: "BMT Təhlükəsizlik Şurasının qətnamələri işğal olunmuş ərazilərin azad olunmasını tələb edir. Bu qətnamələrın niyə reallaşdırılmadığı bir daha gündəmə gətirilməlidir. Münaqişənin həlli üçün yaradılan ATƏT-in Minsk qrupunun bu günə qədər heç bir nəticəyə nail olmadığını gördük. Xüsusilə 2008-ci ildə BMT Baş məclisində Azərbaycan torpaqlarının dərhal azad olunması ilə bağlı qərarına Minsk qrupunun xeyr deməsi  Azərbaycanda təəssüflə qarşılandı. Buna görə də problemin həlli üçün hər şeydən öncə format dəyişdirilməlidir. Yəni Minsk qrupundan kənar format yaradılmalıdır. Bu format yenə də ATƏT çərçivəsində ola bilər. Hazırkı ATƏT sədri də bu məsələdə nəsə edə bilər”.

K. Kasım münaqişənin həllində ikinci variantın işğalçı Ermənistana təzyiq etmək olduğunu diqqətə çatdırıb.

"Bilirik ki, Ermənistan hazırda iqtisadi və siyasi olaraq Rusiyanın nəzarətindədir. Bu ölkə Avrasiya İqtisadi İttifaqının üzvüdür və Rusiyanın bu ölkədə hərbi bazası var. Rusiya Ermənistana təzyiq edərsə, o Dağlıq Qarabağda işğala son qoya bilər. Rusiyanı buna inandırmaq lazımdır. Bu məsələni də böyük dövlət edə bilər”, - deyə o qeyd edib.

Türkiyəli politoloqun fikrincə, üçüncü variant Azərbaycanın hərbi gücüdür: "Atəşkəsin son dövrlər pozulması nəticəsində Azərbaycan Ordusu öz gücünü göstərdi və işğal olunmuş ərazilərin müəyyən qismini azad etdi. Hazırda Azərbaycan cəbhə zonasında daha üstün mövqedədir. Son hadisələrdə biz Rusiyanın Ermənistanın arxasında dayanmadığını gördük. Hazırki nəticələrə görə, Azərbaycan Silahlı Qüvvələri Ermənistanla müqayisədə yetərincə güclüdür. Yəni, Azərbaycan "mən problemi hərbi yolla həll edəcəm” deyərsə, bu gün həll edə biləcək gücdədir”.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər