İlham Əliyev Minsk qrupunun həmsədrləri ilə Qarabağı müzakirə etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 6-da ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorliki, İqor Popovu, Pyer Andryönü və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.
BAKU.WS-in məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı vəziyyət müzakirə olundu.
Həmsədrlər cəbhə xəttində atəşkəs razılaşmasının əldə olunmasını alqışladılar. Onlar belə bir fikri diqqətə çatdırdılar ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırda aparılan danışıqlar daha intensiv xarakter almalı və bu danışıqlar nəticəsində münaqişə tezliklə öz həllini tapmalıdır.
BAKU.WS
Oxşar xəbərlər
Həmsədrlər Bakıda: Qarabağa dair danışıqlar başladı
ATƏT-in Minsk Qrupu həmsədrləri - rusiyalı İqor Popov, fransalı Pyer Andryu və amerikalı Ceyms Uorlik bu gün Bakıda görüşlərə başlayıblar. BAKU.WS APA-ya istin...