Fransalı nazir Qarabağ münaqişənin həlli prinsiplərini açıqladı

Fransalı nazir Qarabağ münaqişənin həlli prinsiplərini açıqladı
Siyasət 1338
 

"Dağlıq Qarabağda hərbi əməliyyatların başlaması təhlükəsi böyükdür. Yeni bir hərbi münaqişənin yaranması əlavə əzablara səbəb olacaq”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan Fransanın Avropa məsələləri üzrə dövlət naziri Harlem Desir deyib. O bildirib ki, Bakıya dialoqun bərpası üçün gəlib: "Münaqişənin uzanmasının qarşısını almaq lazımdır. Münaqişəni hərbi yolla həll etmək qeyri-mümkündür”.

H. Desir əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi donmuş münaqişə deyil: "Hər il, hər ay Qarabağda itkilər olur. Fransa ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələri ABŞ və Rusiya ilə birlikdə uzunmüddətli həll yolu tapmaq istəyir. Biz Madrid prinsiplərini tətbiq etmək istəyirik ki, bu da uzunmüddətli həll yoluna gətirib çıxaracaq. Əsas odur ki, gücdən istifadə etməmək, sülh yolu ilə münaqişəni həll etmək lazımdır”.

Dövlət naziri qeyd edib ki, silahlar susmalıdır, hər iki tərəf sülh sazişinə hazır olmalıdır: "Fransa bütün qüvvəsini bu istiqamətdə səfərbər edəcək”. 

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

BAKU.WS

Oxşar xəbərlər

Nalbadyan: "Lavrov Yerevana Qarabağla bağlı təklif gətirmədi" (VİDEO)

Nalbadyan: "Lavrov Yerevana Qarabağla bağlı təklif gətirmədi" (VİDEO)

"Rusiya xarici işlər naziri Sergey Lavrovun ölkəmizdə keçirdiyi görüşlər zamanı münaqişənin hər hansı həll paketi müzakirə olunmayıb, o cümlədən hansısa ərazi g...

2664 Siyasət 13:52 24 aprel 2016

Son xəbərlər