Sabiq erməni nazirdən Qarabağ etirafı: "Əgər müharibə davam etsə..."

Sabiq erməni nazirdən Qarabağ etirafı: Əgər müharibə davam etsə...
Siyasət 4343

  

"Dağlıq Qarabağ münaqişəsində danışıqları dalana dirəmək Ermənistanın maraqlarına uyğun deyil. Mütləq danışıqlar masasına oturmaq və məsələni yalnız diplomatik yolla həll etmək lazımdır".

BAKU.WS-in məlumatına görə, bunu Ermənistanın sabiq-xarici işlər naziri Vardan Oskanyan deyib. O bildirib ki, Qarabağ münaqişəsi yeni mərhələyə keçib.

Sabiq nazirin fikrincə, hazırda zaman Ermənistanın əleyhinə işləyir: "Biz indi hər şeyi qısa zamanda etməliyik. Müharibənin qarşısını almaq və böyük itkilərdən qaçmaq lazımdır. 1994-cü ildə əldə olunan atəşkəs rejimi danışıqların aparılmasına imkan yaradırdı. Ancaq iki ölkə arasında hərbi-siyasi və iqtisadi balansın həddən artıq pozulması Azərbaycana üstünlüklər verib. Qarşı tərəf böyük xərclər hesabına öz hərbi üstünlüyünə inanmağa başladı".

Vardan Oskanyanın sözlərinə görə, Azərbaycanın güclü orduya arxalanaraq hərbi əməliyyatları həyata keçirməsi Ermənistan üçün böyük itkilərə gətirib çıxara bilər: "Diplomatik səviyyədə danışıqları dalandan çıxarmaq lazımdır. İndiki vəziyyət bizim maraqlarımıza əsaslanmır".

BAKU.WS 

Oxşar xəbərlər

Qarabağda fəlakət gətirən müharibə xəbərdarlığı

Qarabağda fəlakət gətirən müharibə xəbərdarlığı

Demək olar ki, 30 ilə yaxındir ki, Cənubi Qafqazda Böyük Avropanın nizamlanmamış münaqişələri arasında ən təhlükəli olan Dağlıq Qarabağ münaqişəsi "mürgüləyir"....

5800 Siyasət 22:08 08 aprel 2016

Son xəbərlər