Türkiyə Ermənistanla sərhəddə geniş antiterror əməliyyatlarına başladı
29
noy
2017
17:51
Türkiyə Ermənistanla sərhəddə geniş antiterror əməliyyatlarına başlayıb.“Report”un məlumatına görə, sərhəddə yerləşən Ağrı əyalətinin Doğubayazıt rayonunun Tendürək dağı ətəklərində keçirilən əməliyyata bombardmançı helikopterlər, ağır texnika və xüsusi təyinatlılar cəlb edilib.Əməliyyat zamanı terrorçu PKK qruplaşmasına aid mağara və yeraltı sığınacaqlar bombalanıb. Bölgədə terrorçuların aşkarlanıb məhv edilməsi tədbirləri davam edir. Ağrı əyaləti Jandarm Komandanlığından bildirilib ki, əməliyyat qış mövsümü ərzində Ağrı və Tendürek dağları ilə yanaşı bütün bölgədə fasiləsiz olaraq aparılacaq.Qeyd edək ki, bir müddət əvvəl terrorçu PKK qruplaşması silahlılarının Ağrı əyaləti ərazisindən Ermənistana, oradan isə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə keçdikləri haqda məlumat yayılmışdı.BAKU.WS
Oxşar xəbərlər
Türkiyə İraq sərhədində döyüş: 8 şəhid, 2 yaralı - 5 terrorçu öldürüldü (VİDEO)
Bu səhər dumanlı havadan faydalanıb Türkiyəyə sızmağa çalışan bir qrup PKK terrorçu ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib. BAKU.WS-in məluma...