Ermənistanla sərhəddə məktəb yanır, 3 yanğınsöndürən cəlb edildi
                            
                                12
                                iyn
                            
                                2017
                                14:03
                            
                            
Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən Ağdam kəndində yanğın hadisəsi baş verib.
APA-nın qərb bürosunun xəbərinə görə, yanğın Ağdam kənd orta məktəbinin binasında qeydə alınıb. Günorta saatlarında baş verən yanğının söndürülməsi üçün əraziyə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.
Hazırda alovun qarşısının alınması üçün tədbirlər görülür. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda hasara alınan ərazidə yanğın (VİDEO)
Bakının Nəsimi rayonu ərazisində yanğın hadisəsi baş verib. BAKU.WS-in məlumatına görə, hadisə Hənifə Ələsgərov küçəsində hasara alınmış boş ərazidə baş veri...