Magistral qaz kəmərində baş verən yanğın tam söndürülüb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhəri, Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində baş verən yanğın tam söndürülüb.
"Report"un xəbərinə görə, bu gün səhər saatlarında başlayan yanğının qarşısı alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) əraziyə cəlb edilən 6 texnikası və canlı qüvvənin köməkliyi ilə yanğın tam məhdudlaşıdırılıb.
Qeyd edək ki, SOCAR-dan verilən məlumata görə yanğının söndürülməsi məqsədi ilə həmin xətt lokallaşdırılıb, xəttə verilən qaz alternativ qaz kəmərinə ötürülüb.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda baş verən partlayış minlərlə ailəni qazsız qoydu
Magistral qaz kəmərində baş vermiş yanğının nəticələrinin aradan qaldırılması üçün işlər aparılır. BAKU.WS SOCAR-a istinadla xəbər verir ki, dekabrın 27-də saa...