FHN-dən yanğınsöndürən maşınların susuz gəlməsi ilə bağlı videoya münasibət

FHN-dən yanğınsöndürən maşınların susuz gəlməsi ilə bağlı videoya münasibət
Sosial 1547
 

Fövqəladə Hallar Nazirliyi Lənkəran şəhərində baş verən yanğın hadisəsi nəticəsində hadisə yerinə gələn yanğınsöndürən maşınlarda su olmaması ilə bağlı yayılan videoya münasibət bildirib.

BAKU.WS-in xəbərinə görə, məsələ ilə bağlı Trend-ə açıqlama verən nazirliyin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov bildirib ki, yayılan video köhnədir: "Bu hadisə 2016-cı il fevral ayının 1-də baş verib. Həmin vaxt əraziyə iki yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib. Lakin yanğının miqyası böyük olduğundan su ehtiyatı qutarıb və yaxınlıqda su mənbəyi olmadığından əlavə su ehtiyatı gec gəlib".

O.Bayramov bildirib ki, nazirlik ötən il həmin məsələyə münasibət bildirib: "Lakin, indi həmin köhnə videonu kimsə tapıb yeni hadisə kimi verib. Bu əslində bir il əvvəl olub".

Arzu Mirzəyeva

BAKU.WS

Son xəbərlər