Binəqədidə ötən il yanmış binada yenidən yanğın

Binəqədidə ötən il yanmış binada yenidən yanğın
Hadisə 3964

Bakının Binəqədi rayonunda ötən il mayın 19-da yanğın baş vermiş 16 mərtəbəli yaşayış binasında yenidən yanğın hadisəsi baş verib.

BAKU.WS Trend-ə istinadən məlumatına görə, dərhal hadisə yerinə 4 yanğınsöndürən maşın və polis əməkdaşları gəlib.

Yanğının binanın 15-ci mərtəbəsində, mənzil 26 ünvanında baş verdiyi bildirilir. Hadisəyə mənzildəki paltaryuyan maşında baş verən qısaqapanmanın səbəb olduğu deyilir.

Yanğın ötən gün saat 20.00 radələrində baş verib. Hadisə vaxtı mənzil sahibi evdə olmayıb.

BAKU.WS

Oxşar xəbərlər

Maşın bazarında yanğın (VİDEO)

Maşın bazarında yanğın (VİDEO)

Batamdarda yerləşən maşın bazarında yanğın hadisəsi baş verib. BAKU.WS-in məlumatına görə, hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb. Görüntülərdən ayd...

4088 Hadisə 13:46 05 iyun 2016

Son xəbərlər