Azərbaycanla sərhəddə antiterror əməliyyatı rejimi
02
okt
2016
11:47
Dağıstanın Tabasaran rayonunda antiterror əməliyyatı rejimi tətbiq edilib.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Tabasaran rayonunun inzibati sərhədləri hüdudlarında antiterror əməliyyatı rejiminin tətbiq edilməsinə dair qərar yerli vaxtla 04.30-da (Bakı vaxtı ilə 05.30-da) Dağıstandakı əməliyyat qərargahının rəhbəri tərəfindən verilib.
Məlumata görə, əməliyyat çərçivəsində silahlıların və onlarla əlaqəli şəxslərin axtarışı aparılır.
BAKU.WSOxşar xəbərlər
Türkiyədə 5 İŞİD üzvü olan azərbaycanlı həbs edildi
Türkiyənin antiterror polisinin keçirdiyi əməliyyat zamanı bu ölkə ərazisində İŞİD terror təşkilatına mənsub olan daha 5 Azərbaycan vətəndaşı həbs edilib. Vir...