Parisi partladan qadının intim fotosu yayıldı
Parisdə özünü partladan terrorçunun intim şəkili yayılıb.
BAKU.WS-in Ans press-ə istinadən verdiyi məlumata görə, fotoşəkil Parisdə güc strukturlarının keçirdiyi antiterror əməliyyatı zamanı özünü partladan kamikadze Həsna Eytbulaşenə məxsusdur. Onun açıq-saçıq fotosu vanna qəbul etdiyi çəkilib. Bu şəkili The Daily Mail-də dərc olunub.
Terrorçunun qardaşı Yusif bildirib ki, bacısı heç vaxt din ilə maraqlanmayıb və öz həyatını yaşayıb. Onun sözlərinə görə, o, heç vaxt Qurani Kərim belə oxumayıb.
"O heç vaxt məsləhətlərə qulaq asan olmayıb. Onun öz dünyası olub”.
Həsna Eytbulaşenin qonşusu da onun radikallıqdan uzaq olduğunu deyib. Qadının sözlərinə görə, qonşusu olan qız insanlarla münasibət qurmağı çox sevirdi. Spirtli içkilər içir, siqaret çəkir, diskotekalarda əylənirdi. "Hətta onun rəfiqələri "Kauboy" adlandırırdılar. O, böyük şlyapa taxmağı sevirdi".
Fransanı qana bulayan və 132 nəfərin ölümünə səbəb olan terror hadisəsindən bir neçə gün sonra Parisin Sen-Deni səmtində polis şəfəq əməliyyatı keçirib. Əməliyyat zamanı 6 polis yaralanıb, 3 terrorçu öldürülüb. Terrorçulardan biri özünü partladıb. Bu şəxs 26 yaşlı Həsna Eytbulaşe idi.
Xatırladaq ki, 13 noyabrda Paris və ətrafında törədilən silsilə hücumlar nəticəsində ən azı 132 nəfər ölüb. Hücumların əsas hədəfləri "Bataclan” konsert salonu olub. Bundan başqa terror aktları "Kamboca" restoranı, "Le Karilyon” barı, "Les Halz” ticarət mərkəzi, "Bellek Ekip" barı və Fransa və Almaniya arasında futbol üzrə yoldaşlıq matçının keçirildiyi, ölkə başçısı Fransua Ollandın da tamaşaçı qismində iştirak etdiyi "Stad De Fransa” stadionun qarşısı olub.
BAKU.WS
Oxşar xəbərlər
Parisi qana bulayan terrorun əmrini verən İŞİD-çi tutuldu (VİDEO)
Fransanın paytaxtı Parisi qana bulayan terror aktlarının əmrini verən şəxsin adı açıqlanıb. BAKU.WS-in məlumatına görə, fransız rəsmilər qətliamın həyata keçir...