Türkiyə amerikalı keşişi sərbəst buraxdı
12
okt
2018
19:21
Türkiyədə casusluqda ittiham olunan amerikalı keşiş Endryu Branson azadlığa buraxılıb.BAKU.WS Türkiyə mətbuatna istinadən xəbər verir ki, məhkəmə onun 3 il 1 ay 15 gün azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarıb.Bu müddət onun həbsdə olduğu dövrdən çıxılıb və Endryu Branson məhkəmə zalından azadlığa buraxılıb.Onun Türkiyəni tərk etməsinə qoyulan qadağa da ləğv edilib.Amerika prezidenti Türkiyə məhkəməsinin qərarını təqdir edib və bu məsələ ilə bağlı gərgin işlədiklərini bildirib. Qeyd edək ki, Endryu Branson 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhddə iştirak etməkdə, terrorçu FETÖ və PKK qruplaşmaları ilə birlikdə fəaliyyət göstərməkdə ittiham olunub.Günahı tam sübuta yetiriləcəyi təqdirdə, E.Bransonu 35 il azadlıqdan məhrumetmə cəzası gözləyirdi.BAKU.WS
Oxşar xəbərlər
İŞİD liderinin səs yazısı yayılıb
Uzun müddətdir öldüyü deyilən İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin ABŞ-Türkiyə münasibətləri ilə bağlı səsə yazısı ortaya çıxıb.BAKU.WS Türkiyə mətbuatına istinad...