Tanınmış vəkilə hökm oxundu

Tanınmış vəkilə hökm oxundu
Hadisə 1753
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən vəkil Lətif Ağayevə hökm oxunub.BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, hakim Rahib Salmanovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə L.Ağayev 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.İttihama görə, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda olduqda) və 32.4 (ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətmə sövq etmə) maddələri ilə ittiham edilir. Belə ki, Ədliyyə Nazirliyinin sabiq böyük inspektoru Tahir Şəbiyev vətəndaş Mehdi Süleymanovdan 31 min manat alaraq həbsdə olan arvadı Sabrina Alxasovanın cəzasının yüngülləşdirəcəyinə söz verib. Həmin puldan 17 min manatı isə Vəkillər Kollegiyasının üzvü Lətif Ağayevə verib. L.Ağayev istintaq zamanı pulun 8500 manatını qaytarıb.S.Alxasova isə TQDK-nın keçmiş mətbuat katibi Elnur Nağızadə ilə birlikdə dələduzluq etməkdə ittiham edilərk həbs olunub. E.Nağızadə isə axtarışa verilib.S.Alxasova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay 16 gün müddətinə azadlıqdan məhrum edilib. İnspektor T.Şəbiyev isə pulu geri qaytardığı üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb və o, məhkəmə zalından azadlığa buraxılıb. BAKU.WS

Oxşar xəbərlər

Bakıda 1 milyonluq dələduzluq edən qadına hökm oxundu

Bakıda 1 milyonluq dələduzluq edən qadına hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vəfa Osmanlının cinayət işi üzrə məhkəmə iclası başa çatıb.BAKU.WS "Report"a istinadən xə...

2278 Hadisə 13:15 11 iyun 2018

Son xəbərlər