Bakıda 6 yaşlı qızı zorlayan şəxsə HÖKM OXUNDU
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 6 yaşlı qızı zorlamaq və seksual xarakterli hərəkətlər törətməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Ağalar Hümbətovun cinayət işi üzrə məhkəmə başa çatıb.
BAKU.WS Trend-ə istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Ağalar Hümbətov 18 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, A. Hümbətov Xətai rayonunda bibisi nəvəsi 6 yaşlı qızı evdə tək olan zaman zorlayaraq seksual xarakterli hərəkətlər edib. Uşağın valideynləri bundan xəbər tutaraq polisə şikayət ediblər. Polis tərəfindən həbs edilən A.Hümbətov Cinayət Məcəlləsinin 130 (zəruri müdafiə həddini pozmaq), 149 (zorlama), 150 (seksual xarakterli hərəkətlər törətmə) maddələri ilə ittiham edilib.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda 8 yaşlı qızına təcavüz edən ögey atanın taleyi bəlli oldu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 8 yaşlı ögey qızına qarşı zor tətbiq etməklə seksual hərəkətlər törətməkdə təqsirləndirilən 1980-ci il təvəllüdlü Pakis...