Bakıda anasını döyərək öldürən şəxsə 18 il həbs verildi

Bakıda anasını döyərək öldürən şəxsə 18 il həbs verildi
Hadisə 1713

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 78 yaşlı anasını döyərək öldürməkdə təqsirləndirilən İqor Avşarovun cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə İ.Avşarov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il aprelin 25-də Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayan 78 yaşlı Lidiya Avşarovnanın üzərində döyülmə üçün xarakterik olan meyiti mənzilində tapılıb. Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 30-cu Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş 56 yaşlı oğlu İqor Avşarov tutulub.

Müəyyən edilib ki, xeyli vaxtdır, yataq xəstəsi olan L.Avşarov oğlunu tez-tez çağırıb saatı soruşub, yemək-su istəyormiş. Bundan bezən 56 yaşlı İ.Avşarov aprelin 25-də evdə sərxoş vəziyyətdə yatarkən növbəti dəfə onu dünyaya gətirən qadının səsini eşidib. Anasının qayğısına qalmaqdan bezən oğul əsəbi halda ona tərəf şığıyıb və təpiklə qadının başına zərbələr endirib. Ağır xəsarətlər alan qadın hadisə yerindəcə keçinib.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda hamilə qadını zorlayan, əlini ütü ilə yandıran şəxsə hökm oxundu

Bakıda hamilə qadını zorlayan, əlini ütü ilə yandıran şəxsə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hamilə qadını əzab verməkdə, zorlamaqda, quldurluqda təqsirləndirilən Rüfət Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi...

5643 Hadisə 16:45 16 iyun 2016

Son xəbərlər