Azərbaycanda sabiq icra başçısı 8 il azadlıqdan məhrum edilib

Azərbaycanda sabiq icra başçısı 8 il azadlıqdan məhrum edilib
Hadisə 2781
 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qobustan rayonunun keçmiş icra başçısı Rafiq Alışovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Rafiq Alışov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, R.Alışov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 320( saxta sənəd) maddələri ittiham verilib. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Məhkəmənin hazırlıq iclasında o həbs edilib. 

Rafiq Şıxməmməd oğlu Alışov 1994-2001-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. R.Alışov 2013-cü ildə də eyni maddə ilə Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda kriminal avtoritetə hökm oxundu

Azərbaycanda kriminal avtoritetə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Etibar Baxışzadənin cinayət işi üzrə məhkəməsi başa çatıb....

2327 Hadisə 13:45 16 fevral 2016

Son xəbərlər