MTN-in sabiq şöbə rəisinin cəzası 12 ildən 5 ilə endirilib
28
fev
2018
19:58
Bakı Apellyasiya Məhkəməsində ləğv edilmişMilli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi Vüsal Ələkbərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hakim Qədim Babayevin sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara görə, şikayət qismən təmin olunub. Onun cəzası 5 ilə endirilib. Qeyd edək ki, V. Ələkbərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və digər maddələrlə ittiham olunur. V. Ələkbərov Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun rütbəsinin geri alınması barədə qərardad da çıxarıb.BAKU.WS
Oxşar xəbərlər
MTN polkovnikinin məhkəməsi təxirə salınıb
Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) İstintaq Baş İdarəsinin sabiq şöbə rəisi Vüsal Ələkbərovun Bakı Hərbi Məhk...