Türkiyə ilə ABŞ-ın arasını vuran keşişdən SON XƏBƏR
14
avq
2018
15:10
Amerikalı rahib Endryu Bronsonun vəkili ev həbsinə etiraz edib.BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, vəkil İsmayıl Cem Halavut məhkəməyə müraciət edərək, hazırda İzmirdə ev həbsində olan müvəkkilinin üzərindən ev həbsinin və ölkəni tərk etməsinə qoyulan qadağanın götürülməsini istəyib.Endryu Bronson 1968-cı ildə ABŞ-da anadan olub. 23 ildən artıqdır ki, Türkiyədə yaşayır. İzmirdə protestant Diriliş kilsəsinin keşişidir. 2016-cı il dekabrın 9-da həbs olunub. Türkiyə ədliyyəsi onu FETÖ üzvü olmaqda ittiham edir. Rəsmi ittihama əsasən, Endryü Kreiq Bronson “dövlətə məxsus, gizli saxlanması lazım olan məlumatları siyasi və hərbi casusuluq məqsədi ilə əldə etmə, Türkiyə Böyük Millət Məclisini ləğv etməyə təşəbbüs, konstitusion sistemi dəyişməyə təşəbbüs” cinayətində ittiham olunur. Bundan başqa, Bronson “Gəzi Parkı” hadisələri zamanı aksiyaları dəstəkləmək və təşkilatçılıqda ittiham olunur. İttiham olunduğu cinayətlərə görə rahib Bronson 35 ilə qədər həbs cəzası ala bilər.Rahib istintaqa ifadəsində bu ittihamları rədd edib və sadəcə dini fəaliyyət göstərdiyini, xristian kilsəsinə mənsub olduğunu, heç bir islamçı hərəkatı dəstəkləmədi bildirib.Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Tramp Türkiyəyə "Yox" cavabı verdi - Türkiyəni ancaq keşiş xilas edə bilər
ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton Türkiyənin Vaşinqtondakı səfiri ilə görüşüb.BAKU.WS Türkiyə KİV-ə istinad...