Tokayev: İlham Əliyev fiziki cəhətdən güclüdür və işini bilərək məşq edir
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev MDB liderlərinin fiziki hazırlığından danışıb, Azərbaycan Prezidenti İlham Əliyevin fiziki hazırlığını xüsusi qeyd edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Tokayev bunu "Türkistan" qəzetinə müsahibəsində bildirib.
Qazaxıstan liderinin sözlərinə görə, İlham Əliyev fiziki cəhətdən güclüdür və işini bilərək məşq edir.
MDB-dəki digər həmkarları haqqında danışan Tokayev Qırğızıstan Prezidenti Sadır Japarovun futbol oynadığını, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin idman zalında məşq etdiyini, Ermənistanın baş naziri Nikol Paşinyanın velosiped sürməklə məşğul olduğunu və Belarus Prezidenti Aleksandr Lukaşenkonun hokkey oynamağa davam etdiyini qeyd edib.
"Rəhmanın (Tacikistan Prezidenti Emoməli Rəhmon - red.) səhhətindən şikayət etmir; o, bərkimiş döyüşçü-dənizçidir".
"Beləliklə, bütün həmkarlarım əla formadadır", - o əlavə edib.
Oxşar xəbərlər
Şahin Bağırov Şirvanda vətəndaşları qəbul edib
Bu gün Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Şirvan şəhərində vətəndaşları qəbul edib. BAKU.WS komitəyə istinadən xəbər verir ki, Ş. Bağırov Şirvan şəhə...