“TikTok” ilk dəfə qlobal istifadəçi statistikasını açıqlayıb

“TikTok” ilk dəfə qlobal istifadəçi statistikasını açıqlayıb
Siyasət 392

Çinin “ByteDance” şirkətinə məxsus olan “TikTok” xidmətinin rəhbərliyi ilk dəfə istifadəçilərin sayını, onların aktivliyini, həmçinin 2 il ərzində auditoriyanın artmasını açıqlayan qlobal statistika dərc edib.

BAKU.WS “ICTnews”a istinadən xəbər verir ki, 2018-ci ilin yanvar ayı ilə müqayisədə amerikalı istifadəçilərin aylıq aktiv auditoriyası üzrə artım 800% təşkil edib.

Eyni zamanda mobil proqramdan daima istifadə edən amerikalıların sayı 100 milyondan çoxdur, 50 milyon gündəlik “TikTok” xidmətindən istifadə edir.

Müvafiq artım tempi bütün dünyada müşahidə edilir. 2018-ci ildə “TikTok” xidmətinin ümumi auditoriyası 55 milyon idi. 2018-ci ilin sonuna bu göstərici artıq 271 milyon istifadəçi olub. 2020-ci ilin avqustuna olan statistikaya görə, mobil proqram 2 milyard dəfədən çox yüklənilib. “TikTok” analitiklərinin hesablamalarına görə, 2020-ci ilin iyulunadək xidmətin aktiv auditoriyası 700 milyona yaxınlaşıb.

Oxşar xəbərlər

Tik Tok ABŞ rəhbərliyini məhkəməyə verdi

Tik Tok ABŞ rəhbərliyini məhkəməyə verdi

"TikTok"-un yaradıcısı Çin şirkəti "Bytedance" bazar ertəsi ABŞ prezident administrasiyasını məhkəməyə verib.BAKU.WS report-a istinadən xəbər verir ki, şirkət a...

180 Siyasət 21:39 24 avqust 2020

Son xəbərlər