Təyyarədə 28 həftəlik körpə dünyaya gəldi - FOTO

Özbəkistan Hava Yollarının Daşkənd-İstanbul reysi ilə Qırğızıstandan Türkiyəyə uçan sərnişin doğuş edib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, təyyarə Türkiyə hava sahəsinə daxil olarkən Qırğızıstan əsilli 27 yaşlı Abdumanapova Sitoranın doğuş sancıları artıb.
Daha sonra təyyarənin kapitanı göyərtədə həkim olub-olmaması ilə bağlı anons verib. Kabin heyətinin köməyi ilə qadın təyyarədə doğuş üçün uyğun yerə aparılıb.
Həyata keçirilən doğuşda oğlan uşağı dünyaya gəlib.
Ardınca təyyarənin kapitan pilotu İstanbul Hava Limanı Hava Hərəkəti İdarəetmə Qülləsi ilə əlaqə saxlayaraq təyyarədə doğuş edildiyini və həkim qruplarının hazır vəziyyətdə saxlanmasını istəyib.
Özbəkistan Hava Yollarının təyyarəsi saat 20:15-də İstanbul hava limanına enib. 28 həftəlik körpə və anası təcili yardımla xəstəxanaya aparılıb, vəziyyətləri yaxşıdır.
Qalereya
Oxşar xəbərlər
Təyyarə meyvəyə görə məcburi eniş etdi
İstanbul-Barselona reysini həyata keçirən "Türk Hava Yolları"na məxsus təyyarə pis qoxu səbəbindən İstanbul Hava Limanına qayıdıb. BAKU.WS "TRT Haber"ə istinadə...
