Təyyarə meyvəyə görə məcburi eniş etdi

İstanbul-Barselona reysini həyata keçirən "Türk Hava Yolları"na məxsus təyyarə pis qoxu səbəbindən İstanbul Hava Limanına qayıdıb.
BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbuldan İspaniyanın Barselona şəhərinə uçan "TK 1855" nömrəli reysin yük hissəsindəki sensorlardan səfər zamanı xəbərdarlıq gəlib.
Təyyarənin pilotu kabin heyəti tərəfindən hiss olunan pis qoxu səbəbindən Bolqarıstan hava məkanı üzərində olarkən ehtiyat tədbiri olaraq İstanbul Hava Limanına qayıtmaq qərarına gəlib.
İstanbula problemsiz eniş edən təyyarənin yükündə aparılan incələmələrdən sonra sensorların işləməsinə yetişən zaman ağır qoxu verən "durian" adlı tropik meyvənin səbəb olduğu müəyyən edilib.
Daha sonra sərnişinlər başqa təyyarə ilə Barselonaya yola düşüblər.
Məumata görə, Cənub-Şərqi Asiya meyvələrindən biri olan "durian" yetişən zaman yaydığı pis qoxuya görə "dadı cənnət, qoxusu cəhənnəm" meyvə kimi tanınır.
Oxşar xəbərlər
Ermənistanın hava limanında silah aşkarlanıb
Ermənistanın “Zvartnots” hava limanının polisi Mahaçqala-İrəvan reysi ilə uçan təyyarənin sərnişinin yükündə tapança aşkarlayıb. BAKU.WS “report”a istinadən, bu...
