Bu ərazilərdə işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 9-da Xətai rayonunda 10/0.4 kV-luq Transformator Məntəqəsində (TM) təmir, Binəqədidə isə 6 kV-luq "Masazır-1" və "Masazır-2" hava xətlərində yenidənqurma işləri aparılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 15:00-dək Gəncə prospektinin bir hissəsində və 191 saylı məktəbin ətrafında elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan 10 May küçəsində və Xırdalan-Binəqədi yolunun aşağı hissəsində saat 11:00-dan 16:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.
Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Oxşar xəbərlər
Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
"Bəzi kolleclərin müəyyən universitetlərin tərkibinə daxil edilməsi, digər kolleclərin isə ləğv olunması nəzərdə tutulur". BAKU.WS xəbər verir ki, bunu Milli Mə...