Azərbaycanla Mərakeş arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycanla Mərakeş Krallığı arasında müdafiə və kosmos sahələrində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
xəbər verir ki, bu barədə Azərbaycanın Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov "X" sosial şəbəkə hesabında yazıb.
"Əlahəzrət Kral VI Məhəmmədin yüksək himayəsi altında keçirilən Mərakeş Airshow 2026-da (7–10 oktyabr) iştirak etdik", - o yazıb.
Səfir bildirib ki, sərgiyə 27 ölkədən 200-ə yaxın iştirakçı qatılıb.
"Mərakeşin aeronavtika, müdafiə və kosmos sahələrindəki mövqeyini təsdiq edən bir sərgi. Azərbaycan və Mərakeş arasında əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi üçün gözəl bir fürsət", - paylaşımda qeyd olunub.
Oxşar xəbərlər
İlham Əliyev Trampa Nobel Sülh Mükafatının veriləcəyinə ümid etdiyini bildirib
Azərbaycan və Ermənistan arasında möhkəm sülhün bərqərar olması səyləri Nobel Sülh Mükafatı ilə qiymətləndiriləcək. BAKU.WS xəbər verir ki, dövlət başçısı bunu...