XİN Cəbrayıldakı mina partlayışları ilə bağlı məlumat yayıb

XİN Cəbrayıldakı mina partlayışları ilə bağlı məlumat yayıb
Foto
Siyasət 13

Bu gün Cəbrayıl rayonunda mina partlayışı nəticəsində ata və oğlu ağır xəsarət alıb, bununla da 2020-ci il müharibəsinin sonundan bəri Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

"Bu dəhşətli hadisə, günahsız insanların həyatına son qoymağa və ağır xəsarətlər yetirməyə davam edən minaların yaratdığı ölümcül və ayrı-seçkilik qoymayan təhlükəni bir daha nümayiş etdirir", - məlumatda bildirilib.

Qeyd olunub ki, Azərbaycan minaların yaratdığı davamlı təhlükəni qətiyyətlə pisləyir və ölkədə mina təhlükəsi ilə mübarizə fəaliyyətinə daha çox beynəlxalq diqqət ayrılmasına çağırır.

Xatırladaq ki, bu gün Cəbrayılda Qəhrəmanov Orxan Əşrəf oğlunun minaya düşdüyü əraziyə atası, 1966-cı il təvəllüdlü Qəhrəmanov Əşrəf Elman oğlu daxil olaraq piyada əleyhinə mina hadisəsinə məruz qalıb. Hadisə nəticəsində Qəhrəmanov Əşrəf xəsarət alıb.

Son xəbərlər