Noyabrda 11 gün iş olmayacaq
Azərbaycanda noyabr ayı uzunmüddətli istirahət günləri ilə yadda qalacaq. Beşgünlük iş rejimində çalışanlar ay ərzində ümumilikdə 11 gün işə çıxmayacaqlar.
BAKU.WS xəbər verir ki, xüsusilə noyabrın 8, 9 və 10-u ardıcıl üç istirahət gününə təsadüf edir. Noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu tarixlərin həftəsonuna düşməsi səbəbindən noyabrın 10-u da beşgünlük iş həftəsində istirahət günü hesab edilir.
Beləliklə, beşgünlük iş həftəsində çalışanlar noyabr ayında 11, altıgünlük iş həftəsində çalışanlar isə ümumilikdə 7 qeyri-iş günü keçirəcəklər.
Oxşar xəbərlər
Bakıda yağış yağacaq, bəzi yerlərdə leysan gözlənilir
Bakıda və Abşeron yarımadasında oktyabrın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış y...