183 sərnişini daşıyan təyyarə İstanbulda belə qəzaya uğrayıb - VİDEO

183 sərnişini daşıyan təyyarə İstanbulda belə qəzaya uğrayıb - VİDEO
Video
Siyasət 1440

İzmir-İstanbul reysini həyata keçirən "Pegasus" Hava Yollarına məxsus 177 sərnişin və 6 ekipaj üzvü olan təyyarənin qəzaya uğramasını özündə əks etdirən simulyasiya videosu yayılıb.

BAKU.WS xəbər verir ki, görüntü təyyarənin eniş zamanı Sabiha Gökçen hava limanındakı uçuş-enmə zolağını tərk etməsini əks etdirir.

İzmir-İstanbul aviareysini həyata keçirən təyyarə sürüşərək dərəyə aşıb və üç hissəyə parçalanıb. Bundan sonra laynerdə yanğın başlayıb, yanğınsöndürənlər alovu söndürməyə nail olublar.

Qeyd edək ki, sərnişinlər təyyarədən təxliyə edilsə də, 3 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Təyyarədə 12-si uşaq, 6-sı ekipaj üzvü olmaqla ümumilikdə 183 nəfər olub.

Son xəbərlər