Türkiyədə təyyarə təhlükəli eniş etdi - Hava limanı bağlandı
Türkiyənin İstanbul şəhərindəki Sabiha Gökçən hava limanında hadisə baş verib.
BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarja hava limanından Sabiha Gökçən hava limanına reys həyata keçirən Pegasus Hava Yolları şirkətinə məxsus “Boeing 737-800” tipli sərnişin təyyarəsi təhlükəli eniş edib.
Belə ki, 164 sərnişininin olduğu təyyarə eniş edərkən hərəkət zolağından çıxıb. Dərhal sərnişinlər təyyarədən təxliyyə edilib, xəsarət alan olmayıb.
Hadisə ilə əlaqədar Türkiyə Hava Yolları (THY) yerli vaxtla 15:00-a qədər Sabiha Gökçən hava limanına eniş və qalxışların dayandırdığını açıqlayıb.
Hava limanında isə saat 12:20-yə qədər bütün reyslər təxirə salınıb.
Oxşar xəbərlər
Süleymanini ABŞ-a bu ölkənin kəşfiyyatı satıb
Ali Şura İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və Əbu Mehdi əl-Mühəndis haqqında məlumatların İraq tərəfi...