Suriyada İran prezidentinin ölümü ilə bağlı üçgünlük matəm elan olunub

Suriyada İran prezidentinin ölümü ilə bağlı üçgünlük matəm elan olunub
Siyasət 41

Suriya hökuməti İran prezidenti İbrahim Rəisinin və İranın digər yüksək vəzifəli şəxslərinin vəfatı ilə əlaqədar üç günlük matəm elan edib.

BAKU.WS xəbər verir ki, bu barədə Suriyanın SANA dövlət agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, bu müddət ərzində bütün Ərəb Respublikasında, eləcə də Suriyanın xaricdəki bütün səfirliklərində və diplomatik qurumlarında bayraqlar yarıya endiriləcək.

Qeyd edək ki, ötən gün İran prezidentini daşıyan helikopter qəzaya uğrayıb. Təyyarədə həmçinin İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Mələk Rəhməti və Təbrizin cümə imamı Məhəmməd Əli Ale Haşim də olub.

İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd bildirib ki, qəza nəticəsində helikopterin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub. İranın vitse-prezidenti Möhsün Mənsuri prezidentin ölümü ilə bağlı xəbərləri təsdiqləyib.

Son xəbərlər