Xilasetmə qrupları İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı yerə çatıblar - YENİLƏNİB

Xilasetmə qrupları İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı yerə çatıblar - YENİLƏNİB
Siyasət 3395

Xilasetmə briqadaları İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etdiyi yerə çatıblar.

Bu barədə İran dövlət telekanalının müxbiri bildirib.

Onun sözlərinə görə, ərazidə qaranlıq düşüb və yağış yağır. Palçıq səbəbindən texnika və insanların hərəkəti çətinləşib. Həmçinin, ərazi dağlıq olduğundan xilasedicilər piyada hərəkət edirlər.//Oxu.az

***20:15

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad "Instagram" hesabında İ.Rəisinin öldüyünü elan edib.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi isə ölkə Prezidenti İbrahim Rəisinin helikopterinin axtarışı üçün ordunun, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) və polisin bütün qüvvələrindən istifadə olunmasını əmr edib.//Oxu.az

***19:54

"İran prezidenti İbrahim Rəisini daşıyan helikopter İran-Azərbaycan sərhədi yaxınlığında sərt eniş edib".

Bu barədə ölkənin daxili işlər naziri Əhməd Vahidi məlumat verib.

"Prezident duman səbəbindən çətin eniş edən bir neçə helikopterdən birində geri qayıdırdı, xilasedicilər əraziyə gedirlər, lakin duman və pis hava şəraiti səbəbindən bu bir qədər vaxt apara bilər", - deyə nazir qeyd edib.

Bildirilib ki, helikopterdə İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahyan və bir neçə İran rəsmisi də olub.

***19:25

"Mehr" agentliyi İran Prezidenti İbrahim Rəisinin xəsarət almadığı ilə bağlı məlumatı silib.

Bundan əvvəl agentlik tərəfindən verilən məlumata görə, helikopteri sərt eniş etdikdən sonra göyərtədə olan İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir-Abdullahian xəsarət almayıblar.

Qeyd edək ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib. Helikopterdə dövlət başçısı ilə yanaşı Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə başqa sərnişin də olub.

İnsident İranın Şərqi Azərbaycan vilayətindəki Varziqan şəhərində baş verib.

***17:56

İran Prezidenti İbrahim Rəisini aparan helikopterin qatı duman səbəbindən məcburi eniş etdiyi bəlli olub.

Məlumata görə, dövlət başçısı avtomobillə Təbrizə gedib.

Hadisənin digər təfərrüatı hələ ki açıqlanmayıb.

***

İran Prezidenti İbrahim Rəisini aparan helikopter sərt eniş edib.

BAKU.WS xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Helikopterdə dövlət başçısı ilə yanaşı Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə başqa sərnişin də olub.

Xilasedicilər hadisə yerinə yola düşüblər. Ölkə liderinin vəziyyəti barədə məlumat verilməyib.

İnsident İranın Şərqi Azərbaycan vilayətindəki Varziqan şəhərində baş verib.

***17:08

İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Bildirilib ki, qəza İranın Şərqi Azərbaycan vilayətində baş verib.

Qeyd olunub ki, dövlət başçısının kolonunda ümumilikdə üç helikopter olub: onlardan ikisi təyinat nöqtəsinə çata bilib.

Son xəbərlər