İstanbulda 6 nəfərin ölümünə və 81 nəfərin yaralanmasına səbəb olan qadının adı bilindi

14
noy
2022
12:40
Ötən gün Türkiyənin İstanbul şəhərindəki İstiqlal küçəsində bombalı hücumu həyata keçirən şəxsin Suriya əsilli Ahlam Albashır olduğu açıqlanıb.
BAKU.WS xəbər verir ki, hadisə ilə bağlı İstanbul Polis İdarəsi məlumat yayıb.
"Hadisəni törədən Suriya əsilli Ahlam Albashır sağ-salamat ələ keçirilib. O, sorğu-sualında PKK/PYD/YPG terror təşkilatı tərəfindən xüsusi kəşfiyyatçı kimi yetişdirildiyini açıqlayıb", - deyə bildirilib.
Oxşar xəbərlər
İstanbuldakı terrorun sifarişi bu yerdən gəlib ŞOK AÇIQLAMA - VİDEO
Ötən gün Türkiyənin İstanbul şəhərindəki İstiqlal küçəsində baş verən terror aktı zamanı 6 nəfər həyatını itirib, 81 nəfər yaralanıb. BAKU.WS xəbər verir ki, te...
