İstanbula gedən gəmi batdı: İtkin düşənlər var
26
noy
2023
17:33
Yunanıstanın Lesbos adası yaxınlığında Komor adaları bayrağı altında üzən və 14 ekipaj üzvü olan yük gəmisi batıb.
BAKU.WS bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
İki suriyalı, dörd hindistanlı və səkkiz misirlinin olduğu ekipajın bir üzvü sağ tapılıb və Hərbi Dəniz Qüvvələri helikopteri tərəfindən xilas edilib.
Məlumata görə, gəmi duz yükü ilə Misirdən çıxıb və İstanbula gedirmiş.
Axtarış-xilasetmə işləri davam edir.
Hadisə yerində üç yük gəmisi, üç sahil mühafizə gəmisi, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinə məxsus helikopterlər çalışır.
Oxşar xəbərlər
Çinin balıqçı gəmisi Hind okeanında batdı: Çox sayda itkin var
Çinə məxsus balıqçı gəmisi Hind okeanında batıb, 39 ekipaj üzvü ilə əlaqə itib. BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlu...