Bu ölkə koronavirusa qalib gəlmək üçün 185 manat ayırdı - FOTO
Çində yayılan koronavirusun səbəb olduğu pnevmoniyanın qurbanları durmadan artır.
BAKU.WS xəbər verir ki, dünya ölkələrindən Çinə dəstək olduğu bir vaxtda Afrikanın şərq sahillərində, Madaqaskarın qərbindəki arxipelaq olan Komor adaları da rəsmi Pekinə dəstək nümayiş etdirib.
Dünyanı qorxuya salan və bu günə kimi mindən çox insanın həyatına son qoyan virusla mübarizəyə dəstək məqsədilə Komor-Çin Dostluq Cəmiyyətinin prezidenti Əhməd Musa Mliva Çinin Komor adalarındakı səfirinə 100 avro (185,46 AZN) pul verib.
Məlum miqdarda pulun təqdimatı zamanı Mliva tək olmayıb. Onu Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi, BMT-nin keçmiş əməkdaşı, keçmiş nazirlər və digər insanlar müşayiət edib.
100 avronu Çinin bu ölkələdəki səfirinə təqdim edən Əhməd Musa Mliva bildirib ki, bu, tibbi maskaların alınmasında istifadə ediləcək: "Biz Çinin gücü və qüdrətinə bələdik, lakin bu jestlə Çin xalqına Komor adalarının nə qədər hörmət etdiyini göstərmək istədik".
Qeyd edək ki, 100 avro 49 min 192 komor frankı dəyərindədir.
Oxşar xəbərlər
Çin koronavirusla mübarizəyə 10 milyard dollar ayırdı
Çin dövləti dünyanı qorxuya salmış dəhşətli virusla mübarizə üçün 10,25 milyard dollar pul ayırıb. BAKU.WS xəbər verir ki, bu barədə Çinin Maliyyə Nazirliyi məl...