İsrail "İslami Cihad"ın komandirlərindən birini məhv etdi - FOTO
İsrail ordusu Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində “İslami cihad” qruplaşmasının daha bir komandirini məhv etdiyini bildirib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin verdiyi məlumata görə, mayın 11-də səhər saatlarında Qəzzanın cənubunda Xan-Yunis şəhərinə endirilən hava zərbəsi nəticəsində Ali Qali öldürülüb. O, “İslami cihad”ın raket qüvvələrinin komandanı olub.
“Qali İsrail ərazisinə raket hücumlarının, o cümlədən “Qalxan və Ox” əməliyyatı zamanı son atışmaların istiqamətləndirilməsinə və həyata keçirilməsinə cavabdeh idi. Qali təşkilatın əsas fiqurlarından hesab olunurdu və təşkilatın idarə olunmasına məsul idi”, - deyə məlumatda qeyd edilib.
Bildirilib ki, Qali zərbə zamanı digər iki döyüşçü ilə birlikdə sığınacaqda gizlənib. Həmçinin digər döyüşçülərin də həlak olduğu deyilir. “İslami cihad” qruplaşması komandirin ölümünü təsdiqləyib.
Oxşar xəbərlər
İsrail ordusu Qəzza zolağına zərbələr endirdi - FOTO/VİDEO
İsrail ordusu raket hücumlarına cavab olaraq Qəzza zolağında obyektlərə zərbələr endirib. BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrail Müda...