Qəzza zolağından İsrailə 2 raket atılıb - VİDEO

Qəzza zolağından İsrailə 2 raket atılıb - VİDEO
Video
Siyasət 130

Yanvarın 26-dan 27-nə keçən gecə Qəzza zolağından İsrail ərazisinə iki raket atılıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

"Qəzza zolağından iki raket buraxılıb. Raketlər ölkənin hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib", - deyə məlumatda deyilir.

Qeyd edək ki, bir müddət öncə ordunun mətbuat xidməti İsrailin cənubunda Qəzza zolağı ilə sərhədə yaxın bir neçə ərazidə hava hücumu siqnallarının işə salındığını bildirmişdi.

Son xəbərlər