“Əsgərlərimizin gözlərinə baxın” .... – ön cəbhədən XƏBƏR

“Əsgərlərimizin gözlərinə baxın” .... – ön cəbhədən XƏBƏR
Siyasət 6169
 

Musavat.com saytının Tərtər rayonunda olan reportyorları bildirir ki, bu gün Müdafiə Nazirliyinin əməkdaşları Tərtər rayonunda jurnalistlərin suallarına cavab veriblər. Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı musavat.com-a deyib ki, ermənilərin bir qayda olaraq, yaşayış məntəqələrimizi vurması dinc əhaliyə təhlükə yaradır:

"Hərbiçi, mülki vətəndaşlarla deyil, hərbiçi ilə müharibə aparmalıdır. Ermənilər isə bilincli və məqsədli şəkildə Ağdamın, Tərtərin dinc sakinlərinin yaşadıqları ərazilərə, məktəblərə atırlar. Bunun adı erməni barbalığıdır. Bizim atdığımız hər bir mərmi yüksək dəqiqliyə malik silahlardan atılır.  Ermənilər haradan atəş açırlarsa, bizim hərbi qulluqçularımız da o istiqamətə cavab atəşi açırlar. Ermənilər isə bir başa yaşayış məntəqələrini hədəfə alırlar".

Belə olan təqdirdə, onları qorumaq məqsədi ilə  yerli sakinlərin köçürülməsi zərurəti yaranırmı?  Müdafiə Nazirliyinin sözçüsü musavat.com-un sualına bu cavabı verib: 

"Ağdam və Tərtər əhalisində bir halın şahidi oldum ki, insanlar ancaq irəli getmək haqqında, düşməni məhv etmək barədə düşünürlər. Aprelin əvvəllərində bizim əhalinin, xüsusilə gənclərin nə qədər silahlı qüvvələrimizə kömək etməyə hazır olduqlarını gördük. Biz onların qarşısını alırdıq ki, ehtiyac yoxdur.  Yəni Ali Baş komandanımızın Silahlı Qüvvələrimizə göstərdiyi diqqət və qayğını hər kəs görür. Biz ordumuza yardım etmək istəyən əhalimizə də öz minnətdarlığımızı bildiririk.  İnsanlarımız ön xətdə olan hərbi qulluqçularımızla hər şeylərini paylaşmağa, o cümlədən qan bankına qan verməyə belə hazırdırlar. Bütün bunların hamısı bizə mənəvi dəstəkdir. Mənəvi dəstək isə bizim üçün ən əsas haldır. 18-20 yaşındakı əsgərlərimizin sadəcə olaraq gözlərini görmək lazımdır,  o gözlərdən ancaq düşməni bu torpaqlardan qovmaq istəyi oxunur. Düşmənin nə  söyləməsindən asılı olmayaraq, işğaldan azad olunan bütün məntəqələr, düşmənin hər bir hərəkəti  tərəfimizdən nəzarətdə saxlanılır. Lazım olan məqamda da gələn zərblərə cavab zərbəsi endiririk".

BAKU.WS

Son xəbərlər