Müdafiə Nazirliyi Tərtərdə vurulan erməni tankı haqda: “Qülləsi qopub kənara uçdu...”
Azərbaycan Müdafiə Nazirliyi aprelin 25-nə keçən gecə təmas xəttinin Tərtər-Ağdərə istiqamətində erməni tankına qarşı İsrail istehsalı olan "Spike” raketinn "uğursuz tətbiqinə” dair düşmənin yaydığı məlumata münasibət bildirib.
BAKU.WS xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı virtualaz.org-a açıqlamasında deyib ki, "Spike” hədəfi 100 faiz dəqiqliklə vuran silahdır və ondan yayınmaq mümkün deyil.
"Görünür ermənilər üçün bu silah çox təəcübləndirici olub, axı onlar heç vaxt belə dəqiq silah görməyiblər. "Spike” raketinin zərbəsindən tankın qülləsinin qopub kənara uçmasını onlar "qeyri-dəqiq zərbə” kimi qiymətləndirirlərsə problem deyil. Ermənilər bizim yüksək dəqiqlikli silahlarımızı hələ bundan sonra izləyəcəklər və hər dəfə təəcüblənəcəklər”-Vaqif Dərgahlı deyib.
Azərbaycan Müdafiə Nazirliyi bildirmişdi ki, aprelin 25-də düşmən Ağdərə istiqamətində tankları döyüş mövqeyinə çıxarıb və mövqelərimizə həmlə etməyə cəhd göstərib. Azərbaycan ordusu cavab atəşi ilə düşmənin bir tankını sıradan çıxarıb, bundan sonra ermənilər mövqelərinə geri çəkiliblər.
BAKU.WS
Oxşar xəbərlər
Müdafiə Nazirliyi: "Ermənilər Ağdərədən tanklarla hücuma keçdi, bir tankı vurduq" (RƏSMİ)
Cəbhə xəttində döyüş əməliyyatlarının dayandırılması barədə tərəflər arasında əldə edilmiş razılaşmanı Ermənistan silahlı qüvvələri növbəti dəfə kobudcasına poz...