Cəbhədən dəhşətli kadrlar: ermənilər kəndlərimizə od yağdırır (VİDEO)
Erməni hərbi birləşmələri ötən gecə də təmas xətti boyu yaşayış məntəqələrini güclü artilleriya atəşinə tutub.
Bu dəfə əsasən Ağdam İstiqamətindəki cəbhəyanı kəndlər mərmi yağışına məruz qalıb. Nəticədə 1 mülki şəxs ölüb, 8 nəfər yaralanıb. Mərmilər yaşayış evlərində yanğınlara səbəb olub. Kəndlərin qaz, işıq, su və rabitə xətləri sıradan çıxıb. Erməni hərbi birləşmələri cəbhə xətti istiqamətində daha da azqınlaşıb. Hazırda rayonun əfətli kəndindəyik. Ermənilər bütün yaşayış məntəqələrini ağır artileriyadan atəşə tutur.
Ermənilərin ağır artilleriyadan atdığı mərmilərin ən çoxu Ağdamın Çəmənli kəndinə düşdü. Ermənilərin topdan atdığı mərmilərdən biri yolun ortasına asfalta düşüb. Yeni düşüb və mərminin qəlpələri yaxınlıqdakı elektrik naqillərini qırıb yerə töküb. Hazırda ağdamın yaşayış məntəqələri sözün əsil mənasında güllə yağışı altındadı. Yerli sakinlər təbii ki daldalanmağa çalışır ama qarşıda nələr gözləyir onları bilmirlər.
Saatlar irəlilədikcə dəhşətli xəbərlər ard-arda gəlməyə başladı. Çəmənli kəndinin güclü artilleriya atəşinə tutlması nəticəsində bir dinc sakin həyatını itirdi, 7 nəfərsə yaralandı. Rayonun Əfətli kəndində də bir sakin qəlpə yarası aldı. Ağır artileriyadan atılan mərmilərdən biri Mahrıslı kəndinə Bakir Qarayevin evinə düşüb. Gecəboyu Ağdamın tibbi işçiləri sözün əsl mənasında qəhrəmanlıq göstərdilər. Harda mərmi səsi eşidildi, harda insan harayı gəldisə təcili tibbi yardımın işçiləri orada oldular...
Həkimlər öz həyatlarını təhlükə altına ataraq sakinlərin həyatını xilas etməyə çalışdılar. Mərmilərin düşdyü ərazilərdən çıxarılan yaralılar Ağdam mərkəzi rayon xəstəxanasına yerləşdirildi. Hazırda rayon rəsmiləri mərmilərdən zərər görən ərazilərdə araşdırma aparırlar. Xeyli sayda yaşayış evi və tikili dağılıb, heyvanlar tələf olub. Rayonun infrastrukturuna ciddi ziyan dəyib.
BAKU.WS
Oxşar xəbərlər
Qarabağda daha bir itki verdik
Erməni hərbi birləşmələrinin Ağdamın yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaralanan mülki şəxslərdən biri dünyasını dəyişib. APA-nın Qarabağ bürosu...