ANS: "Ermənilərin atdığı top mərmisi kəndə düşdü" (VİDEO)

ANS: Ermənilərin atdığı top mərmisi kəndə düşdü (VİDEO)
Video
Siyasət 3166

 

ANS TV-nin Qarabağ bürosunun əməkdaşı gecə boyu cəbhəyanı kəndlərdə baş verənlər barədə canlı yayımda xəbər verir:

"Hazırda biz Tərtərin təmas xəttinə yaxın Qacıyan kəndindəyik. Ermənistan silahlı birləşmələrinin intensiv şəkildə artilleriya atəşinə məruz qoyduğu yaşayış məntəqələrindən biri də məhz Tərtərin Qacıyan kəndidir.

Erməni silahlılarının atdığı top mərmilərindən biri kənd sakinlərindən birinin həyətinə düşərək partlayıb və evin pəncərəsinin şüşələri sınıb. Xəstəxanalardan bildirilib ki, gecə boyu xəsarət alınma ilə bağlı hər hansı bir müraciət daxil olmayıb.

Tərtər rayon Fövqəladə Hallar Komissiyasının əməkdaşları bildirir ki, artıq araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri barədə sonrakı buraxılışlarda ətraflı məlumat verəcəyik.”

BAKU.WS

Oxşar xəbərlər

ATV-nin operatoru cəbhə xəttində yaralandı (VİDEO)

ATV-nin operatoru cəbhə xəttində yaralandı (VİDEO)

Ötən gecə erməni hərbi birləşmələri cəbhə xəttində növbəti dəfə təxribatlar yaradaraq atəşkəs rejimini pozub. "Report"un məlumatına görə, atışma zamanı ərazidə...

2171 Siyasət 10:45 26 aprel 2016

Son xəbərlər