Ermənilər pulemyot və ağır silahlardan atəşə başlayıb - Son dəqiqə (VİDEO)
Yeniliklərdən dərhal xəbərdar olun
Qoşunların təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə razılaşma əldə olunmasına baxmayaraq, Ermənistan ordusunun bölmələri Goranboyun Tapqaraqoyunlu kəndi istiqamətində mövqelərimizi minaatanlardan atəşə tutub.
BAKU.WS AzərTac-a istinadən xəbər verir ki, bu saatlarda erməni hərbi birləşmələri həm ordumuzun mövqelərinə, həm də kəndə atəş açırlar.
Saytın əməkdaşlarının kənddə olduğu müddətdə (saat 18.00-19.00) yaşayış məntəqəsinə bir neçə mərmi düşüb, evlərə ziyan dəyib. Həmçinin mövqelərimiz pulemyot və ağır silahlardan atəşə məruz qalıb.
BAKU.WS
Oxşar xəbərlər
Ermənilər kəndləri vurmağa başladı: 56 evə ziyan dəydi
Bu dəqiqələrdə erməni silahlı qüvvələri Goranboy rayonunun Tapqaraqoyunlu kəndi istiqamətində atəşkəs rejimini pozub. Bu barədə AzVision.az-a kəndin icra nümay...