Sergey Markov: "Qarabağ üzrə danışıqlar seçkilərdən sonra intensivləşdiriləcək"
23
fev
2018
20:07
"Hesab edirəm ki, bu il Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar seçkilərdən sonra intensivləşdiriləcək".BAKU.WS-in məlumatına görə, bunu Rusiya Siyasi Araşdırmalar İnstitutunun baş direktoru, politoloq Sergey Markov deyib.Onun sözlərinə görə, danışıqlar əvvəlki kimi Madrid prinsipləri əsasında aparılacaq.Politoloq 2016-cı ilin sonunda danışıqların, demək olar ki, nəticə verdiyini bildirib: "Nikbinlik çox böyük idi, lakin çıxış yolu tapılmadı. Bu danışıqlara qayıtmaq olduqca vacibdir. 2016-cı ildə danışıqların alınmamasına radikal erməni diasporunun təzyiqi səbəb oldu. Belə ki, onlar Ermənistan üzərindəki təsir qüvvələrini itirəcəklərindən qorxurdular".S.Markovun sözlərinə görə, ATƏT-in Minsk qrupunda aparıcı rolu Rusiya oynayır: "ABŞ və Fransa bu formatda Rusiya ilə münaqişə yaşamır, hərçənd başqa məsələlərdə gərginlik var. Bu, ABŞ və Fransanın belə sülhsevər təşəbbüsləri dəstəklədiyi xüsusi unikal haldır".(“Report”)BAKU.WS
Oxşar xəbərlər
Rusiya XİN-dən Qarabağla bağlı bəyanat
"Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi, ABŞ və Fransa ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına şərait yaradılması məqsədi ilə hər şeyi edi...