Azərbaycan Ermənistana konkret Qarabağ şərti qoydu
15
noy
2017
14:25
"Rusiyanın xarici işlər naziri başçısı Sergey Lavrov ilə danışıqların əsas mövzusu Dağlıq Qarabağ münaqişəsi olacaq".BAKU.WS "Report"-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Braziliya XİN başçısı Aloiziu Nunes Ferreyra ilə görüşdən sonra jurnalistlərə deyib."Danışıqların danışıqlar xatirinə keçirilməsini yox, konkretliyin olmasını istəyirik. Moskvaya prosesin artıq "ölü nöqtə"dən tərpənməsi və münaqişənin həllini vaxtını yetişdiyi tələbi ilə gedirəm. Məcburi köçkünlər öz evlərinə qayıtmalıdırlar, regionda sülh olmalıdır", - nazir bildirib.E.Məmmədyarov bütün prinsiplərin masada olduğunu, danışıqların yenilənmiş Madrid prinsipləri əsasında davam etdirildiyini bildirib."Üçtərəfli görüşün keçirilib-keçirilməyəcəyi sabah bəlli olacaq", - XİN başçısı vurğulayıb.BAKU.WS
Oxşar xəbərlər
Elmar Məmmədyarov erməni nazirlə görüşündən danışıb
"Rusiya-Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin görüşündə prezidentlərin görüşü müzakirə olunmayıb". Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Azərba...