Məmmədyarov Lavrovla danışıqlar aparmaq üçün Moskvaya uçdu
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya tərəfinin təşəbbüsü əsasında Moskvaya işgüzar səfərə yola düşüb. Səfər tarixi Rusiya tərəfi ilə əvvəlcədən razılaşdırılıb.
Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevə istinadən bildirir ki,
Moskvaya səfər çərçivəsində E.Məmmədyarov Rusiya xarici işlər naziri Serqey Lavrov ilə görüşəcək. Görüşdə prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində aparılmış danışıqlar əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri müzakirə olunacaq.
Xatırladaq ki, bundan əvvəl Ermənistan xarici işlər naziri 19 yanvar tarixində Moskvada səfərdə olub və S.Lavrovla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesini müzakirə edib.
BAKU.WS
Oxşar xəbərlər
Həmsədrlər bu ay xarici işlər nazirləri ilə görüşəcəklər
Həmsədrlər bu ayın sonunda BMT Baş Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcəklər. Bu barədə APA-ya ATƏT-in Minsk q...