Səfir: Pakistan həmişə Azərbaycan dövlətinin və xalqının dəstəyini yüksək qiymətləndirib
Pakistan həmişə Azərbaycan dövlətinin və xalqının dəstəyini yüksək qiymətləndirib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin ölkəsinin Müstəqillik Gününün 78-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.
Diplomat xatırladıb ki, bu ilin mayında Pakistan Silahlı Qüvvələri Hindistanın hücumuna layiqli cavab verib:
"Hindistanın təxribatına qarşı Pakistanın qəti cavabından sonra gücümüzü hər kəs gördü və bu uğuru Azərbaycan, Pakistan və Türkiyə liderləri həm də Laçında qeyd etdilər. Prezident İlham Əliyevin uzaqgörən siyasəti Qarabağı azad etdi. Ümidvarıq ki, bir gün Pakistan da Hindistanın işğalı altında olan əraziləri azad edəcək".
Oxşar xəbərlər
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Zəfər Günü ilə bağlı paylaşım edib. BAKU.WS xəbər verir ki, pay...