Səbailin yeni başçısı: “... bunun üçün çox tezdir”
04
noy
2018
13:41
Vüqar Zeynalov Prezident İlham Əliyevin sərəncamı ilə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Bəzi sürüşmə ərazilərinin Səbaildə yerləşməsilə meydana gələn problemlər hər zaman medianın gündəmində olub. Maraqlıdır, yeni başçı ilkin olaraq diqqəti hansı istiqamətə yönəldəcək?Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Vüqar Zeynalov Modern.az-a açıqlamasında rayondakı problemlərdən danışmaq üçün tez olduğunu bildirib: “İndi bunlardan danışmağı vaxtı deyil”.V.Zeynalov bununla bağlı geniş danışmaq istəməyib: “Oktyabrın 30-dan vəzifəmin icrasına başlamışam. Hələlik kollektivlə, mövcud vəziyyətlə tanış oluram. Sizin sadaladığınız məsələlərlə bağlı qarşıdakı vaxtlarda danışmaq olar. Hələlik çox tezdir”.Qeyd edək ki, Vüqar Teyyub oğlu Zeynalov bu təyinatadək Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsində çalışırdı.BAKU.WS
Oxşar xəbərlər
Səbailin yeni icra başçısı kimdir?
Azərbaycan Prezidenti İlham Əliyev Vüqar Zeynalovu Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə yeni başçısı təyin edib. BAKU.WS Səbail Rayon İcra Hakimiyyətinə...